logo

Azərbaycanda daha 1200 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

18:48 01-11-2021 | icon 3087
Azərbaycanda daha 1200 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1200 yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 532 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 min 353 nəfər müalicə olunaraq sağalıb. Aktiv xəstə sayı 30 min 116 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7161, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 202 min 697 test aparılıb. 7101 nəfər vəfat edib.