COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 402 min nəfəri ötüb
Oktyabrın 31-də Azərbaycanda 43 min 113 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 24 nəfər təşkil edib.
Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 660 min 868, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 258 min 418, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 402 min 450 nəfərə çatıb.