logo

Azərbaycanda daha 2261 nəfər  koronavirusa yoluxdu, 25 nəfər öldü

17:30 31-10-2021 | icon 3073
Azərbaycanda daha 2261 nəfər  koronavirusa yoluxdu, 25 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2261 yeni yoluxma faktı qeydə alınıb, 1805 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 531 min 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 494 min 179 nəfər müalicə olunaraq sağalıb, 7 min 74 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 117 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 697, bu günə qədər isə ümumilikdə 5 milyon 195 min 536 test icra olunub.