Bu il məktəblilərin payız və qış tətili olmayacaq
2021-2022-ci tədris ilində məktəblilərin payız və qış tətili olmayacaq.
YeniAvropa xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlimtərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.
Qərara əsasən, 2021-2022-ci tədris ilində ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində dərslər oktyabrın 1-dən, ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə isə sentyabrın 29-dan başlayıb.
Tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilir. Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləridir.
Xatırladaq ki, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmrinin 7 nömrəli əlavəsində məktəblilərin payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunmuşdu.
Qeyd edək ki, 2021-ci il noyabrın 20-si həftənin şənbə gününə, 2022-ci il yanvarın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir.
Azərbaycanın turizm potensialı Frankfurt sərgisində
Günəşdə son on il ərzində ən güclü partlayış olub
Şeyxülislam Lissabonda Qlobal Forumdaiştirak edir
Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb
"Günaybank”dakı əmanətlərinin qaytarılması prosesi başa çatır
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi yaxında yekunlaşacaq
Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri ölüb
8 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər
Sabah Bakıda arabir yağış yağacaq, 20° isti olacaq
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib
Biləsuvarda ağır avtoqəza: 1 nəfər ölüb, 4 yaralı var
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Sinqapur prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib
Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilir
Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin görüşü keçiriləcək
Bakıda “GSMA M360 Eurasia 2024” konfransı keçirilir
Çində sayca 6-cı Azərbaycan Ticarət Evi açılıb
Bakıda “Fintex Sammit 2024” işə başlayıb
Ölkədaxili nağdsız ödənişlərin həcmi 16 milyard manatı ötüb
Bakıda Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi keçirilir
"Şahdağ"a və Gədəbəyə qar yağıb
Azərbaycan nefti 84,48 dollara satılır
Bu gündən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanılır
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi göndərir