logo

ABŞ Ukraynaya daha bir “Patriot” sistemi göndərir

21:21 14-05-2024 | icon 1498
ABŞ Ukraynaya daha bir “Patriot” sistemi göndərir

ABŞ Ukraynaya daha bir “Patriot” hava hücumundan müdafiə sistemi göndərə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, avropalı müttəfiqlər də öz ehtiyatlarından əlavə hava hücumundan müdafiə sistemləri göndərmək planları üzərində işləyirlər, onların sayı göstərilmir.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşündə Xarkov vilayətini qorumaq üçün iki “Patriot” sistemi istəyib. Zelenski Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin təcili ehtiyacına diqqət çəkib, çünki onun fikrincə, hava hücumundan müdafiə sistemləri və vasitələri müdafiə qüvvələri üçün ən böyük çatışmazlıqdır.