Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-sı saat 10:00-dan “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi (Masazır QPS)”, “Duz Zavodu (Masazır QPS)” və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, “AAF Park” Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.