Bakı şəhər sakini olan qadın bank kartından 301 manatının oğurlanması ilə bağlı polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Kərimov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə bir nəfərin bank kartından 310 manatını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.