logo

Ölkədaxili nağdsız ödənişlərin həcmi 16 milyard manatı ötüb

10:30 15-05-2024 | icon 1442
Ölkədaxili nağdsız ödənişlərin həcmi 16 milyard manatı ötüb

Rəqəmsallaşma və fintekslərin daha aktiv fəaliyyəti xüsusilə ödəniş xidmətləri sahəsində müşahidə olunmaqdadır.

YeniAvropa xəbər verir ki,  bunu Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən “Fintex Sammit 2024” tədbirində deyib.

O qeyd edib ki, nağdsız ödənişlərin istifadəsində də yüksək artım templəri nəzərə çarpacaq dərəcədə müşahidə edilir.

“Belə ki, aprelin 1-nə olan məlumata görə, dövriyyədə olan ödəniş kartlarının sayı 22 faizdən çox artaraq 17,4 milyon ədəd olub, kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 80 faizdən çox artaraq 16 milyard manatı ötüb. Ölkədaxili nağd ödənişlərdə nağdsız dövriyyəsinin xüsusi çəkisi 11 faizə yaxın artıb. Statistika rəqəmlərdən də göründüyü kimi, əhalinin vərdişlərinin dəyişməsi rəqəmsal ödəniş xidmətlərindən istifadənin artırıb”, - deyə Rəşad Orucov vurğulayıb.