logo

Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub 

15:30 17-10-2024 | icon 693
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub 

Xətai rayonu ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.

YeniAvropa xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

Bildirilib ki, ərazidə araşdırma və monitorinq aparılır, nəticələr barədə məlumat veriləcək.

O qeyd edib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə edilir.