logo

Ucarda ana doğuşdan sonra ölüb

21:11 29-10-2021 | icon 3178
Ucarda ana doğuşdan sonra ölüb

Ucarda ana doğuşdan sonra dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki,  Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, 1989-cu il təvəllüdlü Gülnar Mirzə qızı Mehdiyeva bu gün saat 13 radələrində doğuş üçün Ucar rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Körpə əməliyyat olunaraq götürülüb. Lakin iki dəfə əməliyyat olunmasına baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb.

Qadın axşam saatlarında xəstəxanada ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla baglı araşdırma aparılır.