logo

Azərbaycanda daha 2132 nəfər koronavirusa yoluxdu, 26 nəfər öldü

18:28 29-10-2021 | icon 3192
Azərbaycanda daha 2132 nəfər koronavirusa yoluxdu, 26 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2132 yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 526 min 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 min 789 nəfər müalicə olunaraq sağalıb, 7 min 21 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 min 110 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 753, bu günə qədər isə ümumilikdə 5 milyon 169 min 788 test icra olunub.