Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tavanın uçması nəticəsində xəsarət alanların olması barədə sosial şəbəkələrəd yayılan məlumat həqiqəti əks etdirmir.
YeniAvropa xəbər verir ki, bu barədə xəstəxanadan verilən məlumatda bildirilib.
Qeyd edilib ki, baş vermiş qəzanın miqyasını şişirtməyə elə də ehtiyac yoxdur.
"Sadəcə yağışla əlaqədar palatanın tavanında kiçik su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb",-deyə məlumatda qeyd olunub.