logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 350 min nəfəri ötüb

16:56 27-10-2021 | icon 2863
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 350 min nəfəri ötüb

Oktyabrın 27-də Azərbaycanda 44 min 716 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 min 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 396 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 469 min 618, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 119 min 77, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 350 min 541 nəfər təşkil edir.