COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 338 min nəfəri ötüb
Oktyabrın 26-da Azərbaycanda 41 min 233 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 885 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 424 min 902, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 86 min 757, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 338 min 145 nəfər təşkil edir.