Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Vilvan kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə vurulub. Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb.
Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.