logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 60 min nəfəri ötüb

16:46 25-10-2021 | icon 3031
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 60 min nəfəri ötüb

Oktyabrın 25-də Azərbaycanda 366 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 383 min 669, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 60 min 409, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 323 min 260 nəfər təşkil edir.