COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 296 min nəfəri ötüb
Oktyabrın 22-də Azərbaycanda 30 min 886 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 112 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 320 min 558, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 24 min 500, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 296 min 58 nəfər təşkil edir.