Bakıda bir bağça koronavirusa görə bağlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisəsləri İdarəsindən məlumat verilib.
Məlumatda deyilir: "Bağçalardan birində 3 müəllimin koronavirusa yoluxduğu aşkarlanıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə müəssisəsinin fəaliyyəti 14 gün müddətinə dayandırılıb. Uşaqlar arasında yoluxma yoxdur".