logo

Sabirabadda avradını və qaynatasını güllələyən ər özünü də öldürdü

13:21 21-08-2021 | icon 4760
Sabirabadda avradını və qaynatasını güllələyən ər özünü də öldürdü

Avqustun 20-si saat 23 radələrində Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində üç nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Sabirabad rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla Saatlı rayonunun Bəylər kənd sakini 1963-cü il təvəllüdlü Nizami Məhərrəmovun 10-15 gün əvvəl arvadı 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanın atası evinə getməsinə qəzəblənərək həmin tarixdə qayınatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək hər iki şəxsi qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açmaqla özünü də öldürdüyü müəyyən olunub.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.