logo

Rusiyadan istirahət üçün gəlib Lənkəranda öldü

18:48 09-08-2021 | icon 4193
Rusiyadan istirahət üçün gəlib Lənkəranda öldü

Rusiyadan istirahətə gələn azərbaycanlı qəfil dünyasını dəyişib. 

YeniAvropa xəbər verir ki, hadisə Lənkəran şəhərində, Xəzər dənizi sahilindəki istirahət məkanlarının birində qeydə alınıb.

Rusiya Federasiyasında yaşayan, 1964-cü il təvəllüdlü Namik İman oğlu Hüseynov dostları ilə dəniz kənarında yeyib içiblər. Bir müddət sonra o, özünü pis hiss edib və huşunu itirib.

Yoldaşları onu Lənkəran şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar. Tibbi-profilaktik tədbirlərə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.