Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınsöndürmə əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb olunub.