Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 5-də Ağsu rayonu ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə quru ot və kol-kos yanır.
Əlavə məlumat veriləcək.