Abşeron rayonunda qətl hadisəsi törədilib.
YeniAvropa xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.