Paytaxtda intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Rayon ərazisindəki çoxmərtəbəli binalardan birinin 12-ci mərtəbəsində mənzildə təmir işləri aparan Biləsuvar rayon sakini, 56 yaşlı İlham Həsənov özünü pəncərədən ataraq intihar edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır.