logo

Yanvarda “Şahdəniz” qazının satışından 3,5 milyon dollar gəlir əldə edib

18:49 05-02-2021 | icon 2233
Yanvarda “Şahdəniz” qazının satışından 3,5 milyon dollar gəlir əldə edib

Yanvar ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 3 milyon 538 min ABŞ dolları olub.

 YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəliri 293,9 milyon dollar təşkil edib.