Fevralın 1-dən etibarən ümumtəhsil müəssisələrində ibtidai siniflərdə növbəli şəkildə tədrisə başlanılacaq.
YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, məktəbəhazırlıq qruplarında və icma əsaslı təhsil qruplarında da təhsil bərpa olunacaq.
Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.