“Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır”.
YeniAvropa xəbər verir ki, bu fikri TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş bugünkü iclasında səsləndirib.
R. Bayramlı deyib ki, ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır.