Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 19-na olan statistik göstəriciləri açıqlayıb.
YeniAvropa xəbər verir ki, məlumata əsasən hazırda ölkədə müalicəsi davam etdirilən 1867 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan hazırda reanimasiya şöbələrində 108 nəfər müalicə alır. Xəstələrdən 8-i süni tənəffüs cihazına qoşulub.
Hazırkı dövrədək ölkəmizdə 39 min 42 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib.
Ötən müddət ərzində 1 milyon 47 min 906 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.
Son məlumata əsasən, Azərbaycanda koronavirus infeksiyasından daha 177 nəfər sağalıb, 148 yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib.