"Elə müğənni tanıyıram ki, xalq artistidir, musiqi savadı yoxdur, amma İncəsənət Universitetində dərs deyir".
YeniAvropa xəbər verir ki, bu sözləri bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan söyləyib.
Əməkdar artist bu gün bəzi müğənnilərin musiqi savadının olmamasından gileylənib.
“Əgər müğənni peşəkar musiqiçidirsə, bayağı deyilsə, o mütləq Üzeyir Hacıbəyovun repertuarına müraciət edəcək. Amma demək olmaz ki, bu gün müğənnilərin hamısı ali təhsil ocağından gəlib. Çoxsunun musiqi savadı yoxdur. Elə müğənni tanıyıram ki, xalq artistidir, musiqi savadı yoxdur, amma İncəsənət Universitetində dərs deyir. Görün o nə qədər tələbənin evini yıxır. Pulla diplom alıb, not bilmir, belə müğənnilər var. Bax, bu bizim faciəmizdir, onları araşdırmaq lazımdır”,-deyə Elza Seyidcahan vurğulayıb.