Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən R.Quliyev sentyabrın 17-də rayon ərazisindən “Renault” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsi R.Quliyevin oğlunun idarə etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.