Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb
18 sentyabr - Milli Musiqi Günü tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.
YeniAvropa xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.
Mərasimdə mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi və başqaları iştirak ediblər.
Tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edən A.Kərimov bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin böyük yeri var. O, Azərbaycan xalqının mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, "Qafqazın konservatoriyası" adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Onun əsərləri bəstəkarlar üçün böyük nümunədir. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz əsərlərində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Onun rəhbərliyi altında Azərbaycanda bəstəkarlıq məktəbi yaradılıb.”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini bildirib: "Onun ilk nüsxəsi birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Çünki Mehriban xanım uzun illərdir davam edən "Üzeyir dünyası" nəşrinin təsisçisi, sponsoru və ilhamverici gücüdür. Bəstəkarlar İttifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqisini yox, həm də onun alim olaraq kəşflərini və tapıntılarını gənclərə çatdıraq".
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib ki, onun musiqisi hər zaman bizimlədir. Onun yaratdıqları bütün zamanlarda yaşayacaq. Musiqimizin uğurlarını Üzeyir bəylə bağlıdır. Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatması onun dühasının məhsuludur. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq Artisti Siyavuş Kərimi də çıxış edərək dahi bəstəkar haqqında ürək sözlərini söyləyib: “Biz Üzeyir bəyin qoyduğu ənənələrə sadiq qalaraq musiqimiz inkişaf etdirməli və onu yad təsirlərdən qorumalıyıq”.
Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirilib.
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər-Antonio Quterreş
İlham Əliyev Qərbin ikili standartlarından təəssüflənib
Bakıda "Lion"u çox çətin oyun gözləyir-“Qarabağ”ın prezidenti
Sabah Bakıda arabir yağış yağacaq, 12° isti olacaq
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək-İlham Əliyev
Azərbaycan COP29-un sədri kimi ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq
Ötən il Avropa İttifaqı ölkələrində emissiyaların həcmi 8 faiz azaldılıb
Azərbaycan COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqlayıb
İƏT-in baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 73,72 dollara satılır
COP-a üzv olan bütün tərəflər qazıntı yanacaqları istifadəçisidir-Hikmət Hacıyev
Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfərə gəlib
Dünyada baş verən müharibələr təbiətin gələcəyinə təsir göstərir-Allahşükür Paşazadə
12 noyabr - Konstitusiya Günüdür
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Donald Tramp İlon Maska vəzifə verməyəcək
Bu gün Bakıda COP29 başlayır
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Rəsmi Bakı Pakistana başsağlığı verib
COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib
Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək