logo

Şəkidə 28 ağacı kəsilməsi ilə bağlı cinayət işi açılıb

10:11 17-09-2020 | icon 1911
Şəkidə 28 ağacı kəsilməsi ilə bağlı cinayət işi açılıb

Şəki rayonunun Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Şəki rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, aparılmış araşdırmalarla həmin kəndin ərazisində 27 qovaq və 1 qoz cinsli ağacın məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyan dəyməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması rayon polis şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın ödənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.