logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

22:37 14-09-2020 | icon 1953
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 14-nə olan statistik göstəriciləri açıqlayıb.

 YeniAvropa xəbər verir ki, məlumata əsasən sutka ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3630 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 1 milyon 13 min 108-ə çatıb.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1979-a bərabərdir. Xəstələrdən 115 nəfəri reanimasiyadadır ki, onlardan da 12-si süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, sentyabrın 14-də Azərbaycanda koronavirus infeksiyasına 76 yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.