logo

Əməkdar artistin vəziyyəti pisləşib: nitqi itib, adam tanımır...

10:31 14-09-2020 | icon 2149
Əməkdar artistin vəziyyəti pisləşib: nitqi itib, adam tanımır...

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib.

YeniAvropa xəbər verir ki, bu barədə sənətçinin qohumları sosial şəbəkədə məlumat paylaşıblar. 

Bildirilib ki, bir neçə gün bundan əvvəl beynində onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başlayıb.

 “Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib.

Xatırladaq ki, tanınmış qarmon ifaçısı  maddi durumunun pis olması səbəbindən xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.