logo

Azərbaycanda daha 135 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:44 12-09-2020 | icon 2163
Azərbaycanda daha 135 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 167 nəfər müalicə olunaraq sağalıb, 135 yeni yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatd deyilir. Bildirilir ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib. Aktiv xəstə sayı 2006 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 2 min 727 test aparılıb. Bugünkü test sayı isə 7351-dir.