"Binə" ticarət mərkəzi fəaliyyətini bərpa edir.
YeniAvropa xəbər verir ki, bu barədə etibarlı mənbədən "News24.az"a bildirilib. Qeyd edilib ki, ticarət mərkəzindəki bütün mağazalar 14 sentyabr tarıxındən etibarən açılacaq.
Hazırda mağazaların bəziləri fəaliyyətini davam etdirir.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə iri topdansatış obyektləri olan "Binə" və "Sədərək" ticarət mərkəzlərinin, eləcə də digər "Mall"ların fəaliyyəti dayandırılıb.