Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri ilə birgə Binə qəsəbəsi ərazisində keçirdikləri reyd zamanı sənaye və məişət tullantılarının yandırılması faktı aşkarlanıb.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 234-cü (Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Zirə qəsəbə sakini N.Salmanov barəsində protokol tərtib olunub və o, 600 manat məbləğində inzibati qaydada cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.