Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 28 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.