Azərbaycanda koronavirus infeksiyasından daha 171 nəfər müalicə olunaraq sağalıb, 163 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirlib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 38 min 37 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib. Aktiv xəstə sayı 2040 nəfərdir.
Ötən müddət ərzində 995 min 376 test aparılıb. Bugünkü test sayı isə 7108-dır.