Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 10-na olan statistik göstəriciləri açıqlayıb.
YeniAvropa xəbər verir ki, son məlumata əsasən hazırda ölkədə 2 049 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 138 nəfər reanimasiyada, 14 nəfər isə süni tənəffüs aparatına yerləşdirilib.
Ümumilikdə isə indiyədək ölkədə 37 874 nəfər virusa yoluxub, 35 269 nəfər sağalıb, 556 nəfər vəfat edib.
Bu gün 7 290 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar indiyədək aparılan testləlin sayı isə 988 268 olub.
Xatırladaq ki,bu gün 142 koronavirusa yoluxma faktı qeydə alınıb, 150 nəfər sağalıb, 1 nəfər isə ölüb.