Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 150 nəfər müalicə olunaraq sağalıb, 142 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 37 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib. Aktiv xəstə sayı 2049 nəfərdir.
Ötən müddət ərzində 988 min 268 test aparılıb. Bugünkü test sayı isə 7290-dır.