Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 9-na olan statistik göstəriciləri açıqlayıb.
YeniAvropa xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 140 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyədək 980 978 test aparılıb.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2058 nəfərdir. Onlardan 139 nəfər reanimasiyadadır, 15 nəfər isə süni tənəffüs aparatına qoşulub.