Türkiyədə bu gün daha 55 nəfər koronavirusdan dünyasını dəyişib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 6837 nəfər ölüb.
Yoluxma sayı 284 943-dür. Bu gün daha 943 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 254 188 nəfərə çatıb