Paytaxtda saxta spirtli içkilər hazırlayan şəxslər həbs edilib
Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində ölmələri faktları ilə bağlı cinayət işi başlaması haqda məlumat vermişdik.
Baş Prokurorluğun mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, cinayət işi üzrə qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələrinin təmin olunması məqsədilə peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, o cümlədən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səlim Seyidovun icarəyə götürdüyü paytaxtın Nizami rayonu ərazisində yerləşən “Siqaretlər” adlı marketdə əhaliyə ərzaq məhsullarının pərakəndə satışını həyata keçirərkən müvafiq qaydada dövlət qeydiyyatına alınmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüsal Müseyibzadə və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərlə cinayət əlaqəsinə girib əlbir olmaqla əhaliyə göstərilən xidmət sahəsi üzrə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək daha çox qazanc əldə etmək məqsədilə daha az maya dəyərinə malik, istehlak üçün yararsız, eyni markalı əsl içkilərlə müqayisədə bazar dəyərindən dəfələrlə ucuz və pis keyfiyyətli saxta spirtli içkiləri alıb orijinal məhsul kimi baha qiymətə satışını təşkil etməklə istehlakçı fiziki şəxslərin, o cümlədən Mustafa Mustafayevin və Yusif Hüseynovun təhlükəsiz yaşamaq hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin ölkədə əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması sahəsində qanunlarla və normativ-hüquqi aktlarla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Səlim Seyidov Cinayət Məcəlləsinin 200.4-cü (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Vüsal Müseyibzadə Cinayət Məcəlləsinin 200.4-cü və 32.5-ci, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işindən həbsdə olan təqsirləndirilən şəxslər Səlim Seyidovun və Vüsal Müseyibzadənin təqsirləndirilmələrinə dair cinayət işi ayrılaraq ibtidai istintaq yekunlaşdırılıb.
Avqustun 31-də cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər-Antonio Quterreş
İlham Əliyev Qərbin ikili standartlarından təəssüflənib
Bakıda "Lion"u çox çətin oyun gözləyir-“Qarabağ”ın prezidenti
Sabah Bakıda arabir yağış yağacaq, 12° isti olacaq
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək-İlham Əliyev
Azərbaycan COP29-un sədri kimi ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq
Ötən il Avropa İttifaqı ölkələrində emissiyaların həcmi 8 faiz azaldılıb
Azərbaycan COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqlayıb
İƏT-in baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 73,72 dollara satılır
COP-a üzv olan bütün tərəflər qazıntı yanacaqları istifadəçisidir-Hikmət Hacıyev
Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfərə gəlib
Dünyada baş verən müharibələr təbiətin gələcəyinə təsir göstərir-Allahşükür Paşazadə
12 noyabr - Konstitusiya Günüdür
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Donald Tramp İlon Maska vəzifə verməyəcək
Bu gün Bakıda COP29 başlayır
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Rəsmi Bakı Pakistana başsağlığı verib
COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib
Yağıntılı hava şəraiti noyabrın 10-dək fasilələrlə davam edəcək