Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Muxtarov saxlanılıb.
Axtarış zamanı ondan 1 kiloqram 15 qramdan çox heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.