logo

Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edildi

13:49 08-09-2020 | icon 7875
Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edildi

Sentyabrın 8-də Gürcüstandan daha 200 nəfər Azərbaycana yola salınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov məlumat verib. Onun sözlərinə görə,  təxliyə edilən vətəndaşlarımız sentyabrın 7-də Tbilisidəki klinikaların birində koronavirusla bağlı testdən keçiblər və cavabların hamısı neqativ olub.

Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış verilib və onlar sentyabrın 8-də xüsusi avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Ramel Lətifov daha sonra bildirib ki, sentyabrın 14-də daha bir təxliyə həyata keçiriləcək. Təxliyə zamanı yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə daha çox üstünlük verilir.

Qeyd edək ki, səfirlik pandemiya dövründə Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsini təşkil edib.