logo

TƏBİB koronavirusa yoluxma sayının az olmasına aydınlıq gətirdi

20:17 07-09-2020 | icon 3213
TƏBİB koronavirusa yoluxma sayının az olmasına aydınlıq gətirdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) gündəlik test və yoluxma sayının az olmasının səbəbini açıqlayıb.

TƏBİB-dən YeniAvropa-ya  daxil olan məlumatda bildirlir ki, həftənin bazar günləri növbəlilik prinsipi ilə koronavirus testi həyata keçirilən laboratoriyalarda profilaktik dezinfeksiya işləri həyata keçirildiyindən, həmin günlərdə test sayı aşağı olur və ona mütənasib olaraq, yoluxma saylarında azalma müşahidə edilir: "Sabahdan etibarən karantin rejiminin daha da yumşaldılacağı səbəbindən, bir daha vətəndaşlarımızı sanitar-epidemioloji qaydalara riayət etməyə çağırırıq".

Xatırladaq ki, bu gün 3936 test edilib.