logo

Qurban Məmmədova məxsus beşmərtəbəli tikili sökülür

15:55 05-09-2020 | icon 7301
Qurban Məmmədova məxsus beşmərtəbəli tikili sökülür

Bakının Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən qeyri-qanuni beşmərtəbəli tikili məhkəmə qərarı ilə sökülür.

YeniAvropa xəbər verir ki, artıq tikilidə olan əşyalar çıxarıb məhəllədəki sığınacağa yerləşdirilib.

Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.

Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon İcra Hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək.

Qeyd edək ki, beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.

Mətbuatda gedən məlumatlara görə, bir müddətdir, xaricə yaşayan Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və prezidentin köməkçisi Əli Həsənovun diktəsi ilə mənzillər və obyektlər verilib. Həmin obyektlərdən biri də hazırda sökülən, Nərimanov Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Q. Məmmədova verilmiş beşmərtəbəli binadır.