Pasiyenti müalicə əvəzinə şikəst etdilər”- “Stimul Hospital”dan şikayət
“Bir ilə qədər müalicə aldığım “Stimul Hospital” məni şikəst edib. Müalicəmin 3-cü ayından etibarən çəkim 30 kilo artdı, piy qatları anormal şəkildə bədənimin yuxarı nahiyəsinə toplanmağa başladı və əcaib görünüş aldım. Saçlarım qısa müddətdə alopesiya formasında tökülməyə başladı. Ağır depressiya yaşayıram, evdən bayıra çıxa bimirəm”.
YeniAvropa xəbər verir ki, bu şikayətlə paytaxt sakini Səbinə Axundova “Qafqazinfo”ya müraciət edib. Onun sözlərinə görə, klinikaya 2016-cı ildə saç tökülməsi ilə bağlı müraciət edib. Endokrinoloq Amaliya Əmirova tərəfindən qəbul olunub və həkim ona “zəhərli zob” diaqnozu qoyaraq müalicəyə başlayıb. Lakin pasiyent iddia edir ki, nəinki problemi həll olunub, hətta əlavə xəstəliklər də qazanıb:
“Qəbul etdiyim dərmanlar sırasında ağır hormonal dərman olan “Tirozol” da var idi. Bu dərmanı atdığım ilk həftədən dadbilmə hissiyatımı itirdim, dilimin üst hissəsi qaraldı. Sinir sistemim gərgin vəziyyətdə idi, elə olurdu ki, iki-üç gecə yuxusuz qalırdım. Tez-tez huşumu itirirdim, ürəkbulanma və qusmadan əziyyət çəkirdim. Bütün bədənim, saçımın dərisi yağlanmağa başladı, hər iki saatdan bir duş qəbul etmək məcburiyyətində idim. Gecələr məndə boğulmalar olurdu və polikistozdan əziyyət çəkməyə başlamışdım. Bədənim tamamilə tüklənmişdi, özümü tanıya bilmirdim. Göz yaşları içərisində həkimə zəng edib artıq dözə bilmədiyimi dedim. Həkim isə cavab verdi ki, bütün bunlar keçəcək, saçlarım bərpa olunacaq, nə yaxşı ki, vaxtında müalicəyə başlamışam. Həmin vaxt işlə əlaqədar məni Çeçenistan Prezidenti Ramzan Kadırov Qroznı şəhərinə dəvət etsə də, endokrinoloqun sayəsində yataq xəstəsinə çevrildiyimdən belə bir şansı da qaçırmalı oldum”, - S. Axundova bildirib.
Şikayətçinin sözlərinə görə, endokrinoloq onun vəziyyətini görüb bu dəfə klinikanın trixoloqu Şəfa Əliyevaya yönləndirib. S. Axundovanın iddiasına əsasən, təyin olunan bahalı liftinq və mezoterapiya prosedurları ilə birlikdə ona dəyən maddi ziyan 10 min manatı keçib.
Şikayətçi deyir ki, Gürcüstana gedəndən sonra ona yanlış diaqnoz qoyulduğu və müalicə aldığı deyilib: “Məlum oldu ki, məndə heç vaxt endokrinoloji problem olmayıb və indiyə qədər səhv müalicə olunmuşam. Bunun rəsmi sübutu kimi sonsuz sayda analiz və resept siyahısı, həmçinin Respublika Endokrinoloji Mərkəzinin komisyon ekspertizasının rəyi var”.
İki azyaşlı uşaq anası olan pasiyent şikayətlə bağlı klinika rəhbərliyinə müraciət edib: “Əvvəlcə dəyən maddi və mənəvi ziyanın klinika tərəfindən ödəniləcəyini bildiriblər. Lakin bu günə qədər nəinki ödəniş olunmayıb, heç üzr də istəməyiblər”.
Bundan sonra şikayətçi məhkəməyə üz tutub. O, səhv diaqnoz və yanlış müalicə iddiası ilə həkim Amaliya Əmirovanı məhkəməyə verib. Sentyabrın 1-də Sabunçu rayon Məkhəməsində ilkin məhkəmə iclası keçirilib. Növbəti məhkəmə iclası isə sentyabrın 16-a təyin olunub. Həmçinin iddiaçı tərəf pullu ekspertiza təyini üçün vəsatət qaldırıb və təmin olunub.
Klinika ilə bağlı səslənən ittihamlara cavab almaq üçün “Stimul Hospital”a zəng etsək də, cavab ala bilmədik. Klinikadan bildirilib ki, yanlış diaqnoz qoymaqda ittiham olunan həkim hazırda xəstəxanada deyil: “Bizim bu barədə danışmağa səlahiyyətimiz yoxdur, özünü tapıb danışa bilərsiniz. Hazırda həmin həkim burada yoxdur. Karantinlə əlaqədar işçilərimizin çoxu işləmir”.
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq
Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq-“Politico”
İlham Əliyev Şavkat Mirziyoyevlə Xankəndidə tikiş fabrikinin açılışını edib
“Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının vəziyyəti dəyərləndirilib
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub
Rusiya Azərbaycanla birgə karbon poliqonu yaradacaq
Azərbaycan nefti 74,16 dollara satılır
Faktiki hava: Bölgələrdə yağış yağıb, şimşək çaxıb
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiaları üzrə qərar qəbul edib
Antoni Blinken Hakan Fidanla Cənubi Qafqazda sülhü müzakirə ediblər
Xəzərdə 3,3 ballıq zəlzələ olub
Göyçayda 37 yaşlı kişi suda batıb
İtaliyanın baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb
İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər-Antonio Quterreş
İlham Əliyev Qərbin ikili standartlarından təəssüflənib
Bakıda "Lion"u çox çətin oyun gözləyir-“Qarabağ”ın prezidenti
Sabah Bakıda arabir yağış yağacaq, 12° isti olacaq
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək-İlham Əliyev
Azərbaycan COP29-un sədri kimi ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq