İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.
YeniAvropa xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl insanların beş nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.
Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minir.